Ələm - Şiələrdə, Yahudilərdə və Buddizmdə geniş istifadə
olunan əl şəkilində olan rəmzin adıdır.
Ələm sözü – “əl” sözundən törəmədir.Düzdür bəzi şiələr iddiya edir ki, guya ələm ərəb dilin “علامة” “ələmət”,
(təcümədə “simvol”, “rəmz”) sözündən əmələ gəlib. Ələm rəmz kimi istifadə
olunduğuna görə, bu versiya həqiqətə
uyğun görünsədə, həqiqət ondadır ki, ərəblər ələmə “Ələmət” yox, - “Əbülfəzin əli” və ya “Fatimənin əli” deyirlər.
Ərəbcə isə məhz “ələm” ( ألم) sözü –rəmz yox, əzab ya da əziyyət mənasını verir.
Şiəlikdə ələm hərtərəfli isitfadə olunur, əsasən
rəmz və ibadətqah kimi, şiələr ona nəzir
və hədiyyələr edirlər. Məsələn şiələrin arasında olan inanclara əsasən, ələmə nəzir
deyib sözünü yerinə yetirməyən ələmi qəzəbləndirir və ələm “coşur”, “ coşan” ələm isə xəsis şiənin
yanına gəlib onu cəzalandırır.
Bugunləri demək
olar ki, şiə məscidlərin əksəriyyətində ələm mövcuddur. Ələm minbərlərdə, bəzi
məscidlərin minarələrində və namazda
imam durduğu yerdə yerləşdirilir. Bundan əlavə şiələrin dini şəkillərində,
bayrağlarında və başqa dini əşyalarında ələmə rast gəlmək olur.
Ələmin tarixi
Ələmin tarixi həm
qədim finikiya büdpərəstlərin qadın cinsli ilahisi Tanit , həmdə
Buddizmdə özünə yer tutan “Buddanın əli” ilə bağlıdır. Tanit Karfagen şəhərinin
himayədəri sayılırdı, “Buddanın əli” isə buddizmdə hərtərəfli istifadə olunan
amuletdir, qədim finikilillər və
bugunki buddistlər bədnəzər , paxıllıg və cadulara garşı məhz ondan yardım diləyir və ona sığınırlar. Ən gədim ələmlər məhz bu iki mənbəyə aiddir.
.
Qeyd etmək lazımdır ki, ələm Şiəlikdəki
kimi yahudilırdədə geniş istifadə olunur və Xəmsə adlanır. Şiə məshəbənin banisi Abdullah ibn Səbanın öncə yahudi olmasını nəzərə alanda, ələmin Şiə məshəbinə hansı mənbədən gəlməsi məlum olur.
Semit qrup dillərində “xəmsə” – “beş” (5) ya
da beşlik deməkdir. Yahudilərdə olan Xəmsə isə çox guman ki, elə Tanitə sitayış edən gədim finikilərdən miras galan inancdır. Hər nə isə ,
fakt ondadır ki, yahudilərdədə ələm hərtərəfli istifadə olunur, hətta yahudilər ələmə “Allahın xəmsəsi” (Allahın əli)-də deyirlər [SübhanaLlah].
Qeyd etmək lazımdır ki İudaizmdə ələm həm də “Miriamın əli”[1]
kimi tanınır, necə ki bəzi şiə qrupları ələmə “Fatimə əli” deyirlər. Xəmsənin
üstündə bəzən “Şma İsrael” (Ya İsrael) yazısı olur, necə ki şiələrdə "Ya Hüseyn" yazısı. Bundan başqa bəzi yahudilərin inanclarına görə həmsə Talmudun 5 kitabdan
ibarət olmasının simvoludur, yəni hər bir barmaq bir kitabın simvoludur, bu da
şiəlikdə Əhli-beytdən beş nəfərin ələmə nisbət olmasına bənzərdir.
Şiə versiyası
Yuxarıda, şiələrin
“Ələm” adı ərəb sözündən əmələ gəlmə versiyasını qeyd etmişik. Bundan əlavə şiələr
iddiya edirlər ki , guya Ələm məhz şiəlikdə yaranan rəmzdir. Onların dediklərinə
görə ələm Təvvabun[2] hərəkətının lideri Muxtar Əs-Səqafinin nökəri
Əli Məhtuminin gördüyü yuxudan sonra yaradılıb. Əli Məhtumi yuxuda Əbulfəz
Abbası görür, o da ələmi ona verib deyir
ki, şiələr onu şiəliyin rəmzi etsinlər. Bundan sonra ələm guya ilk dəfə şiələr
tərəfindən ceyran dərisi üzərində qurulur.
Şiə məshəbinə
görə ələmin mənası bunlardır: baş barmaq Məhəmməd peyğəmbər ﷺ, şəhadət
barmaq həzrət Fatimə, orta barmaq həzrət Əli, adsız barmaq həzrət Həsən, çeçələ
barmaq həzrət Hüseyndir. Məhz Hüseyn tərəfdarları kimi özlərini bəyan edən şiələr
çeçələ barmaqlarına üzük taxırlar. Başqa bir versiyada guya bu elə Əbulfəz
Abbasın Kərbala döyüşündə itirdiyi əllərin
simvoludur. Ismaili, Fatimi və başqa bəzi şiə qrupların inanclarına görə isə ələm həzrət Fatimənin
(r.a.) əlidir.
NƏTİCƏ
Əslində yuxarıda görstərilən yuxular və əfsanələr
əsasında gurulmuş şiə versiyaları ağ
yalandan başqa bir şey deyil, çünki ələmin büdpərəstlərdə və yahudilərdə şiəlikdən
min il öncə mövcud olmasına minlərlə dəlil var.
Burada ortaya bir sual çıxır:
Bəz niyə onda şiə alimləri və dəvətçiləri yuxulara
və
uydurmalara əsaslanıb yuxarıdaki düşük
versiyaları irəli sürürlər?
Cavab:
Şiə alimləri və dəvətçiləri, ələmin şiə məshəbinin
banisi olan yahudi İbn Səbadən Şiəliyə miras galdığını gizlətmək üçün, bu düşük
və uşaqaldatan versiyalara əl atıblar.
Amma onlar nə qədər versiyalar uydursalarda , Allah Sübhanə Təalə, Ona
həmd olsun, bizə ağıl və düşüncə verib. Hər ağılı və düşüncəsi
sahibi isə bilir ki, bütə nə ad goysanda,
o yenədə büt olarak galacaq. Məsələn
Buddanın heykəlinə - İmam Əli desən, bəyəm o bütdən başqa bir şey sayıla bilərmi?!
Bu misalı ona görə gətirdim
ki, şiə məshəbinin alimləri və dəvətçiləri
nə qədər yalan danışsalar, o qədər
də özlərinin batil və küfr üstündə olduğlarını isbat edərlər. Ən doğrusunu isə Allah bilir.
[1] Miriam –Musa və Harun Peyğəmbərlərin bacısıdır.
[2] İmam Hüseyni Kərbəlada
şəhid edən Küfə şiələrin bir hissəsi, hadisədən iki il sonra, tövbə edib Tavvabun hərəkətinə başladılar (Bax: ayatolla
Murtaza Mütəhhəri “İmam Huseynin gəhmanlığının
təhlili” 1-ci cild 149 s. ) Təvvabunlər Kufə əhalisinin imam Hüseyni şəhid etmələrinə görə Allahın onlara böyük bəla
və müsibət bəxş edəcəklərinə inanırdılar. Təvvabunlər tövbə edərək imamın və
ailəsinin qatillərinin əksəriyyətini qılıncdan keçiriblər, bununla Allah qatında olan günahının
bağışlanmasına ümüd ediblər.