Həqiqətən həmd (şükür və tərif) yalnız Allaha məxsusdur! Biz Ona
şükür və tərif edir, Onu köməyə çağırır, Ondan bağışlanma və bizi haqq yoluna
yönəltməyi diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən
qorunmaq üçün yalnız Ona pənah aparırıq. Aləmlərə rəhmət olaraq göndərilən peyğəmbərimiz Muhəmmədə (sallallahu aleyhi
va səlləm), ailəsinə və səhabələrin hamısına Allahın salamı və xeyir duası olsun.
Möhtərəm oxuculara təqdim olunan bu risalənin qələmə alınmasında əsasən şeyx əl Məvsulinin türk dilinə tərcümə olunmuş
“Aldanmayalım” kitabından istifadə edilmişdir.Risalədə bir çox
digər mənbələrdən də istifadə edilmişdir.Onların sırasında möhtərəm qardaşımız
Əbu Əli Abdullahın rus dilində qələmə aldığı “Не обманитесь” risaləsini
göstərmək olar.Həmçinin, ”Kurana dil uzatanları tanıyalım” kitabından və digər
qaynaqlardan da istifadə olunmuşdur.Eyni zamanda qeyd etmək lazımdır ki,risalədə
olan bir çox məsələlər daha ətraflı olaraq Antirafizi bloqunda təqdim olunmuşdur.Ümid edirəm ki,bu risalə müsəlmanlara haqqın
araşdırılmasında faydalı olacaqdır.
Burhan
Şiələrə görə təqiyyə
Şiəliyə görə təqiyyə və etiqadlarını gizlətmələri
İlk öncə təqiyyə məfhumunu açıqlamaq yerinə düşərdi.
Uca Allah Quranda buyurur:
“Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsə
bilsin ki, Allah ilə onun heç bir əlaqəsi yoxdur. Ancaq onlardan gələn təhlükədən
çəkinməklə ehtiyat etməyiniz istisnadır. Allah sizi Özündən çəkindirir. Dönüş də
ancaq Allahadır.” (Ali İmran
28)