SƏQƏLEYN HƏDİSİNİN ŞƏRHİ


Rəhmli və Mərhəmətli Allahın adı ilə

Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Ona həmd edir, Ondan yardım istəyir, Onun məğfirətini diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Ona sığınırıq. Allah kimi doğru yola yönəltsə onu azdıracaq, kimi də azdırsa onu doğru yola yönəl-dəcək kəs yoxdur. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq ilah yoxdur. O, təkdir və şəriksizdir. Şəhadət edi-rəm ki, Muhəmməd Allahın qulu və son elçisidir. Hörmətli oxucu! Bu risaləni qələmə almağımın səbəbi şiə məzhəbinin bir hədis ətrafında ortaya atdıqları şübhələrlə dolu yalan iddiaları olmuşdur. Həmin hədisin mətni belədir: Mən sizə iki şeyi: Allahın kitabını və əhli-beytimi tərk edib gedirəm. Siz onlardan tutunsanız məndən sonra heç vaxt yolunuzu azmazsınız. (Tirmizi: 3786)
Şiələr bu hədisi dəlil gətirərək iddia edirlər ki, onlar (yəni şiələr) əhli-sünnətdən fərqli olaraq əhli-beytə tabe olmağı vacib bilirlər. Guya ki, onların məzhəbi əhli-beytin məzhəbidir. Bu sə-bəbdən də onlar özlərini əhli-beytdən olan İmam Cəfərə nisbət edərək “Cəfəri” adlandırırlar.
Şübhəsiz ki, bu hədis şiələrin leyhlərinə yox, əleyhlərinə dəlildir. Mən bunu bir nəçə yöndən izah etməyə çalışacam.
Birincisi: Hədisin məhz bu formada Peyğəmbərdən (salləlla-hu aleyhi və səlləm) səhih sənədlə nəql olunmasında alimlər ixtilaf etmişdilər. Çünki bu hədisin sənədində Zeyd adlı bir rəvayətçi vardır. O, daima nəql etdiyi hədislərdə özündən daha etibarlı sayılan rəvayətçilərə muxalif olur. Bu hədisi İmam Müslim daha etibarlı bir sənədlə bu formada rəvayət etmişdir: Mən sizə iki ağır əmanəti qoyub gedirəm. Bunların birincisi Allahın kitabıdır. Onda hidayət və nur vardır. Siz də Allahın kitabına bağlanın və ondan möhkəm tutunun... (İkinci tövsiyəm) Əhli-beytimdir. Mən əhli-beytim barədə sizə Allahı xatırladıram. Mən əhli-beytim barədə sizə Allahı xatırladıram.” (Müslim: 2408). Hədisin bu mətnindən aydın olur ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Qurana tabe olmağı əmr etmişdir. Əhli-beytinə qarşı isə nəvaziş göstərməyi və onların haqlarını ödəməyi tövsiyə etmişdir. Tirmizi-nin rəvayətindən fərqli olaraq burada əhli-beytə tabe olmaqdan söhbət getmir. Tabeçilik yalnız Quran barədə əmr edilmişdir. Bunu, Müslimin Cabir ibn  Abdullahdan (radiyallahu anh) rəvayət etdiyi digər bir hədis də təsdiqləyir. Hədisdə deyilir:Mən sizə bir şeyi, Allahın kitabını qoyub gedirəm. Siz ondan tutunsanız, məndən sonra heç vaxt yolunuzu azmazsınız. (Müslim: 1218) Bu hədisdə də Peyğəmbər (salləllahu aleyhi və səlləm) Allahın kitabına tabe olan insanın haqq yoldan azmayacağını demiş, amma əhli-beytini qeyd etməmişdir.

Ayatolla Xamenei - "Əli Allahdan geri galmır"


Şiələrin ali rəhbəri Ayətullah Seyyid Əli Xameneyinin "Şəri suallara cavablar"  adlı kitabında deyir:


Sual:321. Bir firgə var ki, özlərini Əliallahı adlandırırlar və deyirlər ki, Əli Allah deyil, lakin heç Ondanda geri galmır. Bunların hökmü nədir?

Cavab: Əgər onlar Vahid, Mənnan və Mütəal Allah üçün şərik qoşmasalar, onların hökmü müşrik hökmü deyil (Müşriklər nəcisdir).

skan:

Ayatolla Xomeyninin böyük küfrü (Muhəmməd peyğəmbərdən ﷺ sonra Fatiməyə vəhy gəlib)

20-ci əsrin dünya şiələrin lideri sayılan Böyük ayatolla Ruhulla Xomeyni, Muhəmməd peyğəmbərinﷺ sonuncu peyğəmbər olduğuna iman etmətib. Xomeyni şiə məzhəbinin ən mötəbər mənbəsi "əl-kafi"-yə əsaslanaraq iddiya edirb ki Muhəmməd peyğəmbərﷺ dünyasını dəyişəndən sonra vəhy kəsilməmişdir və 75 gün ərzində onun qızı Fatiməyə (Allah ondan razı olsun) gəlirdi.



Şiə alimləri Qurana istehza edirlər

                  Şiə məzhəbinin ən böyük və tanınmış alimləri Quranı istehza ilə oxuyur.

Ələm

Ələm -  Şiələrdə, Yahudilərdə və Buddizmdə geniş istifadə olunan əl şəkilində olan rəmzin adıdır.
Ələm sözü – “əl” sözundən törəmədir.Düzdür  bəzi  şiələr iddiya edir ki, guya ələm ərəb dilin “علامة” “ələmət”, (təcümədə “simvol”, “rəmz”) sözündən əmələ gəlib. Ələm rəmz kimi istifadə olunduğuna görə,  bu versiya həqiqətə uyğun görünsədə, həqiqət ondadır ki, ərəblər  ələmə “Ələmət” yox, -  “Əbülfəzin əli” və ya “Fatimənin əli” deyirlər. Ərəbcə isə məhz  “ələm” ( ألم)  sözü –rəmz yox, əzab ya da əziyyət  mənasını verir.                                                           
Şiəlikdə ələm hərtərəfli isitfadə olunur, əsasən rəmz  və ibadətqah kimi, şiələr ona nəzir və hədiyyələr edirlər. Məsələn şiələrin arasında olan inanclara əsasən, ələmə nəzir deyib sözünü yerinə  yetirməyən ələmi qəzəbləndirir  və ələm “coşur”, “ coşan” ələm isə xəsis şiənin yanına gəlib onu cəzalandırır.
Bugunləri demək olar ki, şiə məscidlərin əksəriyyətində ələm mövcuddur. Ələm minbərlərdə, bəzi məscidlərin minarələrində  və namazda imam durduğu yerdə yerləşdirilir. Bundan əlavə şiələrin dini şəkillərində, bayrağlarında və başqa dini əşyalarında ələmə rast gəlmək olur. 

Zinakər qadın ilə siğə

 Məsələ
17: “Müstəhəbdir ki, mutə (siğə) etdiyi qadın iffətli möminə olsun. Evlilikdən öncə ondan evli və ya iddəli olduğu haqqında soruşmaq lazımdır. Soruşmamaq isə məkruhdur. Onun vəziyyətinin öyrənilməsi mutənin səhihliyinə təsir etmir. 

Məsələ
18: “Zinakar ilə mutə (siğə) etmək olar, lakin məkruhdur. Ələlxüsus zina etməklə məşhurdursa bu daha çox məkruh sayılır. Əgər mutə (siğə) etsə onu günahdan çəkindirsin”

Mənbə:
(Xomeyninin “Təhriyrul vəsiylə” kitabı. səh-292. Cild-2).

Onlaine burada al-shia.org

 Halbuki Allah Təala Nur sürəsi 3 ayədə buyurur:
 “Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram edilmişdir”.
 (Quran 24:3)

"Əgər insanların hamısı bizim şiələrimiz olsaydılar,onların dörddə üç hissəsi şəkdə, qalan bir hissəsi də axmaq olardı".

İmam Muhəmməd Baqir