Əsl adı, Firuz Nəhavəndi (ərəbcə Əbu Lulu əl-Nəhavəndi, Əbu Lulu əl-Məcusi) Nəhavənddə doğulmuşdur. O, Böyük Sasani (Fars) imperatoru Rüstəm Fərruxzadın qoşununda xidmət etmişdir. O, 636-cı ildə Qadisiyyə döyüşündə müsəlmanlar tərəfindən əsir alınmışdı. Bu döyüşdə o belə demişdir: "Biz farslar 1000 ilə yaxın yer üzündə hökmranlıq etmişdik, biz rumlarla 7 əsrə yaxın döyüşdük və heç vaxt əsirləri qul kimi götürmədik, lakin siz müsəlmanlar məni qul kimi götürdüz. Siz gərək məni öldürərdiz, nəinki sizə qul kimi xidmət edim".
Onun himayədarı Muğirə demişdi: "Mən nə ərəb, nə də müsəlmanam, mən təmiz Misir nəslindənəm, lakin müsəlmanlar bizim imperatorluğumuzu da zəbt etdi. Biz siz farslara xəbərdarlıq etmişdik və sizə elçi göndərmişdik, lakin sizin Sasani hökmdarınız dedi ki, biz yer üzündə 1000 ilə yaxın hökmranlıq etmişik, ona görə də biz ərəblərdən narahat deyilik".
Muğirə Əbu Lulu əl-Məcusiyə dedi ki, "sən əgər mənim yanımda 100 gün işləsən, mən səni azadlığa buraxacam". O, Muğirənin yanında 100 gün işlədi, islamı öyrənməyə başladı ki Ömər bin əl-Xəttabın (r.a) yanına yol tapa bilsin və Sasani (Fars) imperiyasının dağılmasının əvəzini çıxsın,onların odunu söndürən Ömər bin əl-Xəttabı (r.a) öldürsün.
O, Qureyş qəbiləsinin mədəniyyətini və islamı öyrəndikdən sonra islam ordusuna daxil oldu. Ordunun inamını qazandıqdan sonra o Ömər bin əl-Xəttabın (r.a) yanına yol tapa bildi. Bir gün sübh namazı zamanı, Ömər bin əl-Xəttab (r.a) namazda imamlıq edərkən Əbu Lulu əl-Məcusi arxadan ona yaxınlaşaraq 6 dəfə bıçaqla vurdu.





