Şiənin təqlid mərcii olan Ayətullah Muhsin əl Hakim belə yazır: “əl Muqənnətul vəch”də olanları nəql etdikdən sonra “Təhzib”də ifadə edildiyinə görə Əhli-haqqa müxalif olan kimsə kafirdir.Dəlil çatmayan kimsələr istisna olmaqla yerdə qalanlar haqqında küffar hökmünün tətbiqi labüddür….Bu necə olmasın ki,Hillidən bəzən nəcis,kafir olduqlarına dair icma və hətta mütəvatir nasslar varid olmuşdur….Dördüncüsü,nasibinin nəcis olduğuna dair qeyd etdiymiz icma….” (“Mustəmsiqul urvətul vusqa” 1/392-393,Nəcəf)
Müasir alimlərindən Əbul Qasim Musəvi əl Xoyi “Minhəcus salihin”
kitabında yazır: “…Mürtəd ilə,hərb əhli,qulat
və nasibi kafir arasında heç bir fərq yoxdur.” (“Minhəcus salihin” 1/116; Nəcəf)
Köhnə təqlid mərcii olan Muhəmməd Kazım
ət Təbatəbai “Urvətul vusqa” adlı kitabında yazır: “Qulat,xarici və nasibilərin nəcis olduğu məsələsində heç bir ixtilaf
yoxdur.”( “Urvətul vusqa” 1/68,Tehran)
Əllamə Hilli “Nihayətul əhkam fi mərifətul
əhkam”adlı kitabında yazır: “Xaricilər,qulat
və nasibilər Əhli beytə düşmən olanlardır ki,bunlar nəcisdirlər.”(1/274; Beyrut)






