Kuleyni imam Cəfərdən rəvayyət edir ki,Əbu Bəsir ondan
soruşmuşdur: “...Yaxşı, Fatimə Müshəfi nə
olan şeydir? O dedi: Bu elə bir müshəfdir
ki, sizin bu Quranınızın üç mislinə bərabədir, Allaha and olsun ki, onda
Qurandan bir hərf də yoxdur" ( “Kafi”c.1, səh.239)
Bu rəvayyətin tam versiyası belədir: "Əbu Bəsir demişdir: "Əbu Abdullahın yanına girdim və dedim: Sənə fəda olum! Mən səndən
bir şey soruşmaq istəyirəm. Burada sözümü eşidəcək kənar bir adam yoxdur ki?”
Əbu Abdullah özü ilə başqa bir otaq arasındakı pərdəni qaldırdı, diqqətlə ora
baxdı, sonra dedi: “Soruşmaq istədiyini soruş.” Mən dedim: “Sənin şiələrin danışırlar ki, Rəsulullah
(s.a.s) Əli (r.a)-yə bir qapı tanıdıb ondan min qapı açılır. O dedi: “Rəsulullah
(s.a.s) Əli (r.a)-yə min qapı tanıdıb, onların hərəsindən min qapı açılır. Mən
dedim: “Allaha and olsun ki, bu elmdir.” O bir qədər susdu, sonra dedi:
“Doğrudur, bu, elmdir, ancaq o elmdən deyil. Sonra sözünə davam etdi: “Ey Əbu
Muhəmməd, bizdə Camiə var, onlar isə bilmirlər ki, Camiə nədir? Mən dedim: “Sənə fəda olum, Camiə nə olan şeydir?” O dedi:
“Camiə uzunluğu Rəsulullah (s.a.s)-ın dirsəyi ilə yetmiş dirsək olan bir
lövhədir. Orada yazılanlar Peyğəmbər (s.a.s)-in dilindən çıxan sözlərdir.İmam
Əli onun sağ tərəfində bütün halal və haram olan şeyləri, insanların möhtac
olduqları hər şeyi yazıb göstərmişdir. Sonra o, əli ilə mənə toxunub dedi: Ey Əbu Muhəmməd, izn verirsən? Dedim: “Sənə fəda
olum, mən sənin ixtiyarındayam, istədiyini elə. O, əli ilə mənə yüngülvari
toxunub dedi: “Elə götürək bu ərəşi. O,
bunu deyəndə qəzəblənmiş kimi görünürdü. Mən dedim: “Allaha and olsun ki, bu
elmdir.” O, dedi: “Bu, doğrudan da,
elmdir, amma o elmdən deyil.” Sonra bir qədər sakit oturduqdan sonra dedi:
“Bizim Cifrimiz var, onlar isə bilmirlər ki, Cifr nədir?” Mən soruşdum: “Yaxşı, Cifr nədir? O, dedi: “Bu elə bir dəri lövhədir ki, onda Peyğəmbərlərin
və onların vəliəhdlərinin, Bəni Israildən olan keçmiş alimlərin elmləri var.” Mən
dedim: “Elm buna deyərlər.” O dedi: “Düzdür, bu elmdir, lakin o elmdən deyil.”
Sonra yenə bir az susduqdan sonra dedi:
“Bizdə Fatimənin müshəfi var, onlar isə bilmirlər ki, Fatimə müshəfi nə
olan şeydir? Mən soruşdum: “Yaxşı, Fatimə müshəfi nə olan şeydir?” O,
dedi: “Bu elə bir müshəfdir ki, sizin bu
Quranınızın üç mislinə bərabədir, Allaha and olsun ki, onda Qurandan bir hərf də
yoxdur"





