Şiəliyin gizli tərəfləri


   Ön söz

Həqiqətən həmd (şükür və tərif) yalnız Allaha məxsusdur! Biz Ona şükür və tərif edir, Onu köməyə çağırır, Ondan bağışlan­ma və bizi haqq yoluna yönəltməyi diləyirik. Nəfs­­lərimizin şərin­dən və pis əməl­­­lərimiz­dən qorunmaq üçün yalnız Ona pənah apa­rı­rıq. Aləmlərə rəhmət olaraq göndərilən peyğəmbərimiz Muhəmmədə (sallallahu aleyhi va səlləm), ailəsinə və səhabələrin hamısına Allahın salamı və xeyir duası olsun. Möhtərəm oxuculara təqdim olunan bu risalənin qələmə alınmasında əsasən  şeyx əl Məvsulinin türk dilinə tərcümə olunmuş “Aldanmayalım” kitabından istifadə edilmişdir.Risalədə bir çox digər mənbələrdən də istifadə edilmişdir.Onların sırasında möhtərəm qardaşımız Əbu Əli Abdullahın rus dilində qələmə aldığı “Не обманитесь” risaləsini göstərmək olar.Həmçinin, ”Kurana dil uzatanları tanıyalım” kitabından və digər qaynaqlardan da istifadə olunmuşdur.Eyni zamanda qeyd etmək lazımdır ki,risalədə olan bir çox məsələlər daha ətraflı olaraq Antirafizi bloqunda təqdim olunmuşdur.Ümid edirəm ki,bu risalə müsəlmanlara haqqın araşdırılmasında faydalı olacaqdır.
                                      
                                                                                                                                       Burhan

Şiələrə görə təqiyyə

Şiəliyə görə təqiyyə və etiqadlarını gizlətmələri

İlk öncə təqiyyə məfhumunu açıqlamaq yerinə düşərdi.
Uca Allah Quranda buyurur:
“Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsə bilsin ki, Allah ilə onun heç bir əlaqəsi yoxdur. Ancaq onlardan gələn təhlükədən çəkinməklə ehtiyat etməyiniz istisnadır. Allah sizi Özündən çəkindirir. Dönüş də ancaq Allahadır.” (Ali İmran 28)

Rafizilərin İslam və müsəlmanlar haqqındakı inanc əsasları


 On iki imamın vilayətinə etiqad və ona inanmayanların təkfir edilməsi.

Həqiqətən, şiəlik yəhudilikdən çoxlu miraslar almışdır və bu adi sözlər deyil.Axı, yəhudilərdən başqa kim digər millətlərə,dinlərə və irqlərə belə kinlə yanaşır?
Şiələr imamətin dinin əsasından olduğuna və Peyğəmbər (s.a.s)-in 12 imamı nassla təyin etdiyinə etiqad edirlər.İlk öncə vilayətin dəyəri haqqında onların rəvayyətlərinə nəzər salaq.Mühəddis və alimləri bu məşhur rəvayyəti nəql edirlər:

 “İslam Allahdan başqa ilah yoxdur,Muhəmməd onun elçisidir şəhadət kəlməsi,namaz qılmaq,zəkat vermək,Ramazanda oruc tutmaq,həcc etmək və Əli ibn Əbu Talibin vilayətinə iman etməkdən ibarətdir.”  (“Kafi” 2/18,21,22,32; Şeyx Səduq səh 221,279,510; “Rical Kəşşi” səh 356; “Təfsir Əyyaşi” 2/117; Tusi 4/151; “Biharul ənvar” 10/393, 23/69, 27/103; Mufid səh 209; “Vəsailuş şia” 1/13; Təbərsi 1/71 və s.)
Göründüyü kimi bu rəvayyət şiə kitablarında mütəvatirdir.Heç bir Əhli Sünnə mənsubu Əli (r.a)-nin vilayətini dinin əsası kimi qəbul etmir.Yəni,Əhli Sünnə şiələrə görə İslamın əsaslarından birini inkar edir.

Kuleyni Zürarədən rəvayyət edir ki,imam Əbu Cəfər demişdir: "Islam beş şey üzərində bina olmuşdur: Namaz, zəkat, həcc, oruc və vilayət".Zurarə soruşmuşdur: "Bunlardan hansı daha üstündür?" O demişdir: "Vilayət" (“Kafi" 2/18;Tehran;“Biharul ənvar” 68/332; “Vəsailuş şia”1/13 və s)

Rafizilərə görə vələduz zina kimdir?

 Əbu Cəfər ibn Məhəmməd Baqirdən: “Ey Əbu Həmzə, and olsun Allaha, bizim şiələrimizdən başqa hamı fahişələrin övladrarıdı”( “Kəfi” 8  çild, səhifə 239)
 Eyni tipli hədis: Hurr Amili “Vasail uş şia” c.16,səh 37 hədis nömrə 2910; Məclisi “Biharul Ənvar” c.24,səh 311)

Əbu Abdullahdan: (Əbu Bəsirə dedi): Həqiqətən şeytan kişi qadına yaxınlaşdığı kimi yaxınlaşır, etdiyi kimi edir, cinsi əlaqədə olduğu kimi olur”. (Ravi) dedim: “Bu nə ilə bilinir?” (İmam cavab verdi): “Bizə olan sevgi və nifrətlə. Kim bizi sevir qulun (sperması olur) kim nifrət edər (sperma şeytanın olar)” (Kəfi” 5  çild, səhifə 502)
(Eyni tipli rəvayət “Vasail uş şia” 20 çild, səhifə 135-136, hədis 25233)

 Əli ibn Əsbat Əbu Abdullahdan: ”Şübhəsiz ki,Allah Təala Ərəfa günü Hüseyn (r.a)-ın qəbrini ziyarət edənlərə nəzər edər.Ona dedim:Vaqfəyə duranlardan öncə mi onlara baxar?Dedi:”Bəli.”Sual etdim necə?Dedi: ”Çünki,onlar zina uşaqlarıdır.Bunlar isə belə deyillər.”
(Məclisi “Biharul Ənvar” c 101,səh 85 “Ərəfa və bayram günlərində Rasulullah (s.a.s)-i ziyarət etmənin fəziləti” babı; Şeyx Səduq “Mən lə yəhduruhul fəqih”c.2,səh 431 )

Şiə əqidəsinə görə Nasibi Əhli Sünnə vəl Camaatdır.

Şiələr Əhli Sünnəti Rəsulullah (s.a.s)-ın Əhli beytinə düşmən olaraq görürlər.Bu səbəbə görə də Əhli beytə düşmən olan nasibi terminini onlara qarşı istifadə edirlər.Ancaq, Əhli Sünnət təbii ki,bu ittihamlardan tamamən uzaqdır.
 Nəvasib elə bir firqədir ki,onlar Əli ibn Əbu Talibin ailəsinə nifrət edirdilər.Bu onların İslam alimləri tərəfindən vəsf olunmuş xüsusiyyətidir.Nasibilərdən kiminsə Əli (r.a)-yə qarşı olan savaşlarda ya qardaşı,ya atası,ya da babası ölmüşdü.Söhbət, Müaviyyə ilə Əli arasında olan müharibədən gedir ki,bu döyüşlərdə hər iki tərəfdən çoxlu müsəlman ölmüşdü.

Şiələrin icmasına görə Nəvasiblər kafir və nəcisdir. Əbul Qasim Xoyi yazır: “Allahı,axirəti inkar edən və ya Allahla bərabər başqa məbudu qəbul edən kafir və nəcisdir.Həmçinin, qulatlar,(12 imamın ilah olduqlarını,Allahın onlara təcəlli etdiklərini  iddia edənlər) Xəvariclər və Nəvasiblər də nəcisdirlər.” http://al-islam.org/laws/al-khui/2.htm#6

Mühəddis Yusif əl Bəhrani kitabında yazır: “Xəbərlərdə və sələfin sözlərində varid olandan anlaşılır ki, nəvasib sözündən qəsd olunanlar müxaliflərdir.”(“əl Hədaiqun nadira” c.18,səh 157,Qum)
Eyni kitabda növbəti səhifədə o yazır: “Onların (imamların) hədislərində nəcislik,nigahlanmamaq,qanın-malın halal olması və s.sifətlərlə vəsf olunan nasibilərdən məqsəd müxaliflərdir.”

Ələvilər haqqında

Ələvilər başqa adı Nusayrilər – imami şiələrdən ayrılmış bir firgədir. Ələvilər şiə firqələrindən biri hesab olunur və hal-hazırda Suriya, Livan və Türkiyənin bəzi nahiyələrində yaşayırlar. Etiqadlarını İsmaili şiələrin batınıya prinsipi əsasında qururulub. Bu səbəbdən ələvi əqidəsinin nə olduğunu anlamaq üçün ismaili şiələrin və batınıya prinsipin yaranmasına mütləq nəzər salmag lazımdır.
     
Şiəlikdə batınıya  prinsipin yaranmasi 
Hicrə ilə 2-ci əsr ortalarında Cəfər əs-Sadiqin[1] böyük oğlu İsmail dünyasını dəyişir. Şiələrin imamət aqidəsinin qaydalarına görə İsmail 7-ci imam olub müsəlmanları və bəşəriyyəti idarə etməli idi. Buna görə onun dünyadan evlad goymamış  getməsi  şiələrin arasında növbəti parçalanmaya səbəb olur. Şiələrin bir qismi imamət qaydalarını dəyişərkən Cəfərin kiçik oğlu Musa əl-Kazımı özlərinə bəşəriyyəti idarə edən imam seçdilər, onlarla razı olmayanlar  isə, şiəliydə əvvəlcədən qoyulmuş qaydaya əsasən ölən İsmailı imam görürdulər. Amma  onların iddiyalarına görə İsmail ölməyib, lakin qeyb olub və bir zaman zuhur edib qayıtmalıdır.[2] İsmaililər platonizm, zərdüştlik, manixeylik və xristian kimi dinlərin  elementlərindən istifadə edərək,  mürəkkəb bir ezoterik din yaratdılar.
İsmaili şiələr dinlərini zahiriya və batıniya adlanan iki  hissəyə bolüllər. 
Zahiriya- zahirdən olan davranışdır, yəni camaat arasında. 
Batınıya isə - həqiqi etiqadlarıdır, və bu etiqad şiə  olmayanlardan hər tərəfli gorunmalıdır. Batıniya doktrinasında sehr və kabala metodlarından istifadə olunur, bundan başqa hərf və rəgəmlərə boyuk əhəmiyyət verilir.
İsmaililərin etiqadlarına görə bəşəriyyət dövrlər üzrə inkişaf edir: 7 dövr var, hər dövrü bir peyğəmbər açır - Adəm, Nuh,İbrahim, Musa, İsa, Muhamməd (s.a.s.), 7-ci isə İsmaildir. Hər peyğəmbərin 7 imamı var və hər 7-ci imam növbəti dövrün peyğəmbəri olur. Beləliklə ismaililər özlərinin 7-ci imamı sayılan İsmailin zuhurunu gözləyirlər və ona Məhdi adını veriblər. Onların iddiyalarına görə İsmail (Məhdi)  peyğəmbər rolunda zuhur edib bəşəriyyətin sonuncu 7-ci dövrünü  açmalıdır.

Iranda sunnilərin vəziyyəti

 
       Bismilləh
İranda 20 milliondan çox sunni musəlman yaşayır. Bunlardan əksəriyyəti İranın periferiyyasında, yəni sərhədlərdə yerləşən vilayətlərdə məskunlaşır ( xərtəyə bax). 
Bunlar aşağıdakilardır: Horasan, Kurdistan,Belucistan, Horməzkan, Buşer, Turkmensəhra, Ceylanın Təvəliş və Anbaran rayonları və s.   İranın mərkəz hissəsində yaşayanların  isə əksəriyyəti şiələrdir.  

İran inqlabından əvvəldə İranda yaşayan sunnilərə nə siyasətdə, nə iqtisadiyyətdə, nə də mədəniyyətdə şiələr tərəfindən muhum bir rol aparamağa imkan verirləmişdir.
Buna baxmayaraq İran sunniləri  Xomeyninin inqlabına dəstəq oldular. Amma Xomeyni hoküməti ələ alan kimi sunnilərə qarşı zülm etməyə başladı. Yeni qurulmuş şiə dövlətin əli ilə İranda çoxsaylı sunni alimləri öldüülmüşdür. Sunni vilayətlərində məcburi şiələşmə prosesslərinə start verilmişdir. 

 Hal-hazırda İranda sunnilərə qarşı olan munasibət:

1). Şiələr öz dinlərini açıq-aydın yaymağında və hər bir işində azad olduğda, sunnilərə bunlar hamısı qadahandır. Bundan başqa hökümət hər tətəfli cəhd göstərir ki  sunnilər   yaşanan vilayyətlərdə sunni məshəbi şiəliynən əvəz olunsun, çunki şiələr bilir ki Sunni əqidəsi yayılan yerdə şiəliyin batil olduğu aydın olur.

2). İran "İslam"( ŞİƏ) Respublikasının numayəndələri hər zaman həm dövlətin dahilində həm də xaricində səslənir ki guya İranda sunnilər üçün öz məshəbini yaşamağında və onun dəvətində  heç bir problem yoxdur, guya sunnilər və şiələr arasında heç bir ayrılma və problemlər yoxdur və guya sunnilərnən şiələrin haqqları eynidir. Bütün bunlar ağ yalandır. Əslində isə İran şiə dövləti  həm dahilində həm də xaricində sunni məshəbinə  qarşı düşmənşilik siyasətini həyatə keçirir.

"Əgər insanların hamısı bizim şiələrimiz olsaydılar,onların dörddə üç hissəsi şəkdə, qalan bir hissəsi də axmaq olardı".

İmam Muhəmməd Baqir