Rafizi şiələrin əqidəsində küfr və İslama zid olan hüsüsiyyətlərin sayı hesabı yoxdur. Rafizi şiəlikdə olan küfrlərdən biri də Peyğəmbərin (səlləllahu əleyhi və salam) zövcəsi Aişəni (r.a.) zinada ittiham edib Peyğəmbəri(səlləllahu əleyhi və salam) təhqir etməkdir. Amma şiə alimlərin əksəriyyəti əqidələrində olan bu murdar inancları sadə kütləyə bəyan etmirlər, çünki onlar bilirlər ki , aldatdığları sıravi, sadə kütlə olan şiələr Peyğəmbərin(səlləllahu əleyhi və salam) namusunu gorumaq üçün hər şeydən keçər, hətta şiəlikdən imtına edərlər. Elə ona görə, əksər hallarda, sıravi şiələrdən onların əqidəsində belə ağılabatmaz küfr olması haqqında soruşanda, onlar deyirlər: – “biz bilirik ki şiəlikdə Aişəni sevmirlər, amma onu zinada ittiham etmək və bununla Peyğəmbərin namusuna toxunmaq şiəlikdə yoxdur, bütün bunlar yalandır, bu şiəliyə və şiələrə atılan iftıradır” - və başqa buna bənzər cavablar verirlər. Əslində onların belə deməyə ixtiyarları var, çünki bir söz deyəndə onun doğru olmasına dəlil gətirmək lazımdır.
Necə ki, Allah Sübhanə Təalə deyir:
“Əgər (bu sözü) doğru deyirsinizsə, dəlilinizi gətirin!” (Quran 2:111)
Bu məsələdə də dəlil olaraq bugunki şiə alimin dediklərini və şiə məshəbinin ən mötəbər mənbəsində Aişə anamız haqqında olan murdar itthamları gətiririk.
Oncə Allah Subhanə Təalənin Quranda Peyğəmbərin zövcələri haqqında dediyi sozlərinə nəzər salaq.
Allah Sübhanə Təalə deyir:
النَّبِيُّ أَوْلَى بِالْمُؤْمِنِينَ مِنْ أَنفُسِهِمْ وَأَزْوَاجُهُ أُمَّهَاتُهُمْ
“Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Onun zövcələri isə möminlərin analarıdır.”
(Quran 33:6)
Möminlərin anasını zinada ittiham edən məşhur rafizi şiə alimi və dəvətçisi Yasir Həbibdir. Bu insan hətta bu haqda yeni bir kitab yazıb, kitabın adı “ Əxlaqsızlık – Aişənin iç üzü”.
Öz rəsmi saytında kitabın anonsunda açıq-aydın yazır :
«It compries seven chapters, prologues, sequels and conclusions covering various issues including the adultery committed by Aisha (May the wrath of Allah be upon her).»
Tərcüməsi:
“..Kitab 7 hissədən ibarətdir, kitabda Aişənin, Allahın gəzəbi olsun ona, zina etməsinə və diqər məsələlərə toxunulur..”